Kiyev yaxınlığında partlayışların baş verəcəyi barədə xəbərdarlıq edilib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi idarəsinin müraciətində bildirilib.
Martın 1-də gün ərzində Vışqorodski rayonu ərazisində planlı partlayışların həyata keçiriləcəyi deyilib.
"Real təhlükə yaranarsa, dərhal hava hücumu xəbərdarlığı elan edilir, ona görə də bu gün Kiyev yaxınlığında partlayış səslərini eşitsəniz, təşvişə düşməyin", – deyə məlumatda qeyd olunub.
Lalə Salmanova
