Məzmuna keç

Prokuror müğənni Gülşənə cəza istədi

Xalqı nifrət və düşmənçiliyə sövq etməkdə ittiham olunan Türkiyənin məşhur müğənnisi Gülşənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az "Hukuki Haber"ə istimadən xəbər verir ki, İstanbul 11-ci Cəza Məhkəməsində baş tutan prosesdə müğənninin özü iştirak etməyib.

Prokuror “xalqı nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə Gülşənin 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra müğənninin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 3-nə təyin edilib.

Qeyd edək ki, Gülşən 30 aprel 2022-ci ildə konsertlərin birində "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” ifadəsini işlətdiyi üçün saxlanılmışdı.

Lalə Salmanova