Türkiyə Vəkillər Kollegiyası Qızıl Aypara Cəmiyyəti barədə Ankara Respublika Baş Prokurorluğuna müraciət edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Kollegiya Qızıl Aypara Cəmiyyətini etibardan sui-istifadə etməkdə ittiham edib.
Kollegiya iddia edir ki, Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərərçəkmişlər üçün quraşdırılmalı olduğu çadırları satışa çıxarıb: "Bu addım cinayət məsuliyyəti yaratmaqla yanaşı, həm də humanitar hüququn, beynəlxalq insan hüquqlarının açıq şəkildə pozulması deməkdir".
Lalə Salmanova
