“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi”.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, – nazirliyin başsağlığında qeyd olunub.
Xatırladaq ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.
