Məzmuna keç

“Avant Group” cərimələndi

“Avant Group” Mənzil-Tikinti Kooperativinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Avant Group” üç yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasıının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə