"Hazırda Ukrayna qoşunlarının Baxmutdan çıxarılması ilə bağlı qərar yoxdur".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatı deyib.
Onun sözlərinə görə, belə bir qərarın verilməsi vəziyyətdən asılıdır: “Əgər görsək ki, şəxsi heyətimiz üçün böyük təhlükə var, biz bunu edəcəyik (qoşunları çıxaracağıq – red.). Lakin bunu mütəşəkkil şəkildə, panikaya düşmədən edəcəyik", – deyə o bildirib.
Çerevatı əlavə edib ki, qoşunların çıxarılması barədə qərar komandanlığın müvafiq bəyanatından sonra qəbul edilə bilər.
Lalə Salmanova
