Məzmuna keç

Filippində helikopter yoxa çıxıb

Filippində göyərtəsində 5 nəfərin olduğu tibbi helikopter yoxa çıxıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, helikopter Palavan bölgəsindəki xəstəxanaya uçarkən bir müddət sonra radarlardan itib.

Mülki aviasiya rəsmiləri bildiriblər ki, helikopterdə 1 pilot, 1 xəstə, 2 xidmətçi və 1 tibb bacısı olub.

Helikopterin hava və dəniz məkanında axtarışına başlanılıb.

Lalə Salmanova