Azər Badamov: “Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə verilən böyük dəyərdən irəli gəlir”
"Azərbaycan beynəlxalq arenada etibarlı, ədalətli və nüfuzlu ölkə statusunu qazanıb. Belə bir yüksək nüfuza malik olmağımız Prezident İlham Əliyevin uzaqgörən beynənalxalq siyasəti sayəsində nail olunub. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünya gündəliyi üçün vacib məsələlər müzakirəyə çıxarılan beynəlxalq mərkəzə çevrilib".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, belə nüfuzlu tədbirlərdən biri də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşüdür.
"Bu gün baş tutan görüşdə də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi yeni dünya nizamının yaradılması, BMT TŞ-nın daimi üzvülərinin sayının artırılması və daha ədalətli qərarların qəbul olunmasına yol açan islahatların aparılmasının vacibliyi ilə bağlı çağırış etdi. Həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış etdi", – deyə deputat bildirib.
A.Badamov qeyd edib ki, Bakıda beynəlxalq tədbirlərin keçirilməsinə dünyanın marağının artması ölkəmizə verilən böyük dəyərdən irəli gəlir: "Azərbaycanın rəhbərlik etdiyi beynəlxalq təşkilatların həyatında fəaliyyətin yeni daha aktiv dövrü başlanır".
Eltac Nurullazadə

