Məzmuna keç

Hüquq və İnsan Haqları İnstitutu vakansiya elan etdi

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edib.

E-huquq.az xəbər verir ki, hüquq üzrə elmi dərəcəsi olmaqla, ixtisası üzrə 5 ildən az olmayan əmək stajı, hüquq və insan haqları sahəsində məqalələr və hesabatlar yazılmasında təcrübəsi olan və idarəçilik bacarıqlarına malik şəxslər müraciət edə bilər.

Namizədlərdən Azərbaycan dili və ingilis dili B2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır.

Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə – yaxşı səviyyə, İnternetdən istifadə – yaxşı səviyyə;

Maraqlanan namizədlər əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd etməklə 12 mart 2023-cü il saat 14:00-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.