Türkiyədə özlərini vəkil kimi təqdim edərək dələduzluq edən 22 nəfər saxlanılıb.
E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, vəkillərin çağırışından sonra polis hərəkətə keçib.
Məlum olub ki, dələduzlar özlərini vətəndaşlara vəkil kimi təqdib edib "icra borcunuz var" deyə mesaj göndərərək onları aldadıb və bəzilərindən pul almağa nail olublar.
Araşdırmalar nəticəsində polis bu əməlləri törətməkdə şübhəli bilinən 25 nəfərin izinə düşüb. Onlardan 22-i saxlanılıb, 3 nəfərin isə axtarışları davam edir.
Lalə Salmanova
