ABŞ Prezidenti Co Bayden bu gün kütləvi qırğın silahları (KQS) ilə terrora qarşı mübarizə və bütün dünyada nüvə və radioaktiv materialların təhlükəsizliyini gücləndirmək üçün milli təhlükəsizlik memorandumunu imzalayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
İmzalanmış sənəd ABŞ-ni və beynəlxalq ictimaiyyəti kütləvi qırğın silahları ilə bağlı terrorizmin yaratdığı ekzistensial təhlükələrdən qorumaq və qeyri-dövlət subyektləri tərəfindən kimyəvi, bioloji, radioloji və nüvə silahlarından istifadənin qarşısını almaq kimi davamlı milli təhlükəsizlik prioritetlərini təşviq edir.
