Məzmuna keç

Polşaya üz tutan ukraynalı qaçqınların sayı 10 milyonu ötüb

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Polşaya üz tutan ukraynalı qaçqınların sayı 10 milyonu ötüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu baradə Polşa Sərhəd Mühafizəsinin "Twitter" səhifəsində bildirilib.

Məlumata görə, təkcə ötən gün Ukraynadan Polşaya 20 mindən çox qaçqın gedib.

"Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 10 milyon 137 minə çatıb", – deyə paylaşımda qeyd olunub.

Lalə Salmanova