Məzmuna keç

Ötən il “Azəriqaz” tərəfindən qeydiyyata alınan abonentlərin sayı açıqlandı

2022-ci ildə "Azəriqaz" İslehlat Birliyi tərəfindən əhali kateqoriyası üzrə 66 106 yeni abonent qeydiyyata alınıb.

E-huquq.az xəbər verir ki, bunu Birliyin rəsmisi Vüqar Səmədov "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, həmin abonentlərin 45 091-i Bakı və Sumqayıt şəhərlərinin payına düşür.

Şöbə rəisi deyib ki, ötən il qeyri-əhali kateqoriyası üzrə isə ümumilikdə 2 778 abonent qeydiyyata alınıb ki, bunun da 1 414-ü Bakı və Sumqayıt şəhərləri üzrə olub.

Lalə Salmanova