Məzmuna keç

“Azəriqaz” ötən il əhaliyə 7,3 milyard kubmetr qaz satıb

2022-ci ildə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçılara ümumilikdə 7,3 mlrd. kubmetr qaz satılıb.

E-huquq.az xəbər verir ki, bunu Birliyin rəsmisi Vüqar Səmədov "Açıq qapı aksiyasında deyib.

Onun sözlərinə görə, satılan qazın dəyəri 1 332 424 manat təşkil edib. "Satılan qazın müqabilində 1 314 569 manat ödəniş yığılıb. Bu da satılan qazın dəyərinin 98,66 faizini təşkil edir".

Lalə Salmanova