Məzmuna keç

Tayvanda xəstəliyə görə 36 mindən çox quş məhv edildi

Tayvanın cənubundakı Çiayi şəhərindəki fermalardan birində H5N1 virusu (quş qripi) aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvanın Heyvan və Bitki Sağlamlığına Nəzarət və Karantin Bürosu məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə fermada 36 mindən çox quş məhv edilib.

Məlumatda xəstəlik barədə məlumat verməyən təsərrüfat sahiblərinin 1 milyon Tayvan dolları məbləğində cərimələnəcəyi qeyd olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 24-də açıqladığı hesabata əsasən, 2003-2023-cü illər ərzində 21 ölkədən insanlar arasında quş qripinə 868 yoluxma faktı qeydə alınıb.

Lalə Salmanova