Məzmuna keç

Dövlət Ehtiyatları Agentliyi barədə protokol tərtib olundu

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi barədə protokol tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, agentlik barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, agentlik min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə