Məzmuna keç

Türkiyənin zəlzələ bölgəsində sahibkarlıq obyektlərinin 50%-i ciddi dağıntılara məruz qalıb

Türkiyədə zəlzələ bölgəsindəki sahibkarlıq obyektlərinin 50 faizi ciddi zərər görüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandöken bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsindəki sahibkarlıq müəssisələrinin 31 faizi yüngül, 18 faizi orta, 50 faizi isə ciddi ziyan görüb.

Daha çox dağıntıya məruz qalan müəssisələr isə Adıyaman, Hatay, Kahramanmaraş və Malatyada qeydə alınıb.

Sədr bildirib ki, zəlzələ bölgsində sahibkarlıq fəaliyyətinin yenidən canlandırılması üçün sahibkarlara müəyyən güzəştlər edilməli və onlara maddi dəstək göstərilməlidir.

Lalə Salmanova