Türkmənistan Qadınlar Birliyi və "Qızıl Aypara" təşkilatı Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Aşqabad səfirliyinin koordinasiyası ilə təxminən 11 ton yardım göndərib.
Əsasən qida məhsulları, gigiyenik vasitələr və geyimlərdən ibarət yardım maşınları artıq Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Türkmənistan Qadınlar Birliyi fevralın 28-də zəlzələ bölgəsinə 8,6 ton humanitar yardım göndərmişdi.
Lalə Salmanova
