Argentinadan Türkiyənin zəlzələ bölgəsinə 3 ton humanitar yardım göndərilib.
E-huquq.az xəbər verir ki, yardım bağlamaları Argentina Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyi və Türkiyənin Buenos-Ayresdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Səfirliyin məlumatına görə, indiyədək Türkiyəyə 5 ton humanitar yardım göndərilib. Gələn həftə növbəti dəfə yardımların göndərilməsi nəzərdə tutulur.
Səfirlik dəstəyə görə Argentina xalqına və hökumətinə təşəkkür edib.
Lalə Salmanova
