Məzmuna keç

Meksikada silahlı şəxslər 4 ABŞ vətəndaşını qaçırdı

Meksikada silahlı şəxslər tərəfindən 4 ABŞ vətəndaşı qaçırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mataramos şəhərində baş verib.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) verdiyi açıqlamada, ABŞ-ın Texas əyalətinin sərhədindəki Matamoros şəhərinə avtomobillə gedən 4 nəfərin Meksikaya girdikdən qısa müddət sonra atəşə tutulduğu bildirilib.

Qeyd olunub ki, FTB qaçırılmış 4 ABŞ vətəndaşının ekstradisiyası və cinayətkarların həbsi üçün 50 min dollar mükafat təklif edib.

Lalə Salmanova