"Ötən gün Baxmutda daha bir dinc sakin rusların atəşi nəticəsində həlak olub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.
Onun sözlərinə görə, daha 5 mülki şəxs yaralanıb.
Kirilenko onu da qeyd edib ki, Mariupol və Volnovaxada müharibə qurbanlarının dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.
Lalə Salmanova
