Ermənistan hökumətinin əməkdaşlarını daşıyan avtobusun martın 7-də səhər saatlarında İrəvanın Monte Melkonyan prospektində qəzaya uğraması nəticəsndə 13 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildiriblər.
Vurğulanıb ki, Nazirlər Kabinetinin yaralanan əməkdaşlarına tibbi yardım göstərilib, onlar hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
Mənbə: Report
