Məzmuna keç

“Araz Supermarket”ə cərimə yazıldı

"Araz Supermarket"lər şəbəkəsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Siyəzən Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Araz Supermarket" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə