Filippinin Mindanao adasında 6 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ 10 kilometr dərinlikdə baş verib. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, mərkəzdən afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Lalə Salmanova
