Məzmuna keç

Sumqayıtda uşaq bağçasında yanğın zamanı 15 azyaşlı təxliyə olunub

Sumqayıtda uşaq bağçasında yanğın zamanı 15 nəfər azyaşlı təxliyə olunub

Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Fövqəlada Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.