Məzmuna keç

BMT zəlzələ nəticəsində Türkiyəyə dəyən zərərin 100 milyard dolları keçəcəyini açıqladı

Türkiyədə zəlzələlərin vurduğu zərərin miqyasının 100 milyard dolları keçəcəyi ehtimal edilir.

E-huquq.az “Anadoluya” istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (UNDP) Türkiyə nümayəndəsi Luiza Vinton deyib.

O, Türkiyədə zəlzələ səbəbindən 2,7 milyon insanın evsiz qaldığını, 600 minə yaxın binanın dağıldığını bildirib.

"Bu günə qədər aparılan hesablamalara görə, zəlzələ nəticəsində Türkiyəyə dəyən zərər 100 milyard dolları keçəcək", – deyə Vinton qeyd edib.

Lalə Salmanova