Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün lazımi şərtlərin formalaşmadığını bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, açıqlamasında Çinin Ukraynadakı müharibənin həlli ilə bağlı təkliflərinə önəm verdiklərini qeyd edib.
Kremlin sözçüsü, həmçinin müharibənin uzanmasına görə ABŞ-ı günahlandırıb: “Vaşinqton bu müharibənin bitməsini istəmir. Onlar müharibəni davam etdirmək üçün əlindən gələni edəcəklər".
Lalə Salmanova
