Məzmuna keç

Adıyamanda 1500 konteynerlik şəhərcik salınır –

Türkiyənin Adıyaman şəhərinin Çelikhan rayonunda zəlzələ zamanı evləri dağılan və ya ciddi zərər görən şəxslər üçün konteyner şəhərciyi yaradılır.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Çelikhan rayon valisi Abdullah Arslantürk məlumat verib.

O bildirib ki, 35 hektar sahədə 1500 konteynerlik şəhərciyin tikintisi işləri davam edir.

Arslantürkün sözlərinə görə, ilkin mərhələdə burada 500 konteynerin quraşdırılması nəzərdə tutulub. İşlər tamamlandıqdan sonra zəlzələdən zərərçəkmişlər şəhərciyə yerləşdiriləcək.

Lalə Salmanova