Türkiyənin İzmir şəhərində yağan leysan yağışları bir sıra fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ötən gecədən yağan güclü yağış nəticəsində bir sıra küçələri su basıb.
Əlverişsiz hava şəraiti piyadaların və nəqliyyatın hərəkətində maneələr yaradıb. Avtomobillər yağışdan sonra yollarda əmələ gələn su çuxurlarına düşərək ciddi zərər görüb.
Lalə Salmanova
