Məzmuna keç

Türkiyədə zəlzələdən sonra kirayə ev qiymətlərini süni şəkildə artıran 5 nəfər saxlanılıb

Türkiyənin zəlzələdən zərər çəkən şəhərlərindən biri olan Osmaniyədə kirayə ev qiymətlərini süni şəkildə artıran 5 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşlardan gələn çoxsaylı şikayətlərdən sonra prokurorluq orqanları hərəkətə keib.

Aparılan araşdırmalar nəticəsində zəlzələdən zərərçəkmişlərə kirayə evləri real qiymətdən dəfələrlə baha təklif edən 5 nəfər müəyyən edilib.

Aidiyyəti orqanlar süni bahalaşmaya qarşı tədbirlərin davam etdiyini bildiriblər.

Lalə Salmanova