Məzmuna keç

Yəmən sahillərində qayıq batıb, 14 nəfər həlak olub

Yəmənin Hudeyda şəhəri sahillərində göyərtəsində 35 nəfərin olduğu qayıq batıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11-i qadın, 3-ü uşaq olmaqla 14 nəfər həlak olub.

Daha 11 nəfərin isə xilas olduğu bildirilir.

Faktla bağlı araşdırma başladılıb.

Lalə Salmanova