Martın 8-də ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı İctimai Birliy) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar hakimiyyətin bütün qollarında” adlı “Career Talks”- “Karyera Söhbətləri” peşəkar inkişaf layihəsi həyata keçirilib.
E-huquq.az xəbər verir ki, layihədə idarəetmə sahəsində böyük uğurlar qazanmış, icra və məhkəmə hakimiyyəti orqanlarında yüksək vəzifələrə yiyələnmiş peşəkar qadınlar panelçi qismində iştirak edib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyini hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova açılış nitqi ilə çıxış edib.
Daha sonra isə Bakı Ağır Cinayətlər məhkəməsinin sədrinin müavini Şəlalə Həsənova, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatının Hüquq və qanunvericilik şöbəsində aparıcı məsləhətçi kimi fəaliyyət göstərən Səbinə İsayeva hüquq peşəsinin əsasları, öz peşələrində uğur qazanmaq üçün tələbələrin və gənc hüquqşünasların diqqət etməli olduqları məqamlar və imkanlar barəsində iştirakçılarla öz təcrübələrini bölüşüblər.
Daha sonra isə panelçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb və onlara öz peşələrində uğurlu olmaq üçün məsləhətlər verilib.


