Mozambikdə fevral ayından bəri fırtına və daşqınlar nəticəsində 117 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mozambikin baş naziri Adriano Maleiane parlamentdəki çıxışında bildirib.
O, təbii fəlakətdən 272 nəfərin zərər çəkdiyini deyib.
Maleiane qeyd edib ki, 50 min ev dağılıb, 686 sinif otağı və 69 sağlamlıq mərkəzi yararsız hala düşüb, 11 min kilometr yol zədələnib, 73 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Qasırğa və daşqın nəticəsində təsərrüfat heyvanlarına da ziyan dəyib.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, Afrikanın şərqində ikinci dəfə Madaqaskar və Mozambikə təsir edəcəyi gözlənilən Freddi qasırğası tarixin ən uzunmüddətli qasırğası ola bilər.
Lalə Salmanova
