Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən sonra dağılan binalara görə saxlanılanların sayı 269 nəfərə çatıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, indiyədək dağılan binalarla bağlı ümumilikdə 1068 şübhəli şəxs müəyyən olunub. Onlardan 43-nün artıq həyatda olmadığı, 14 nəfərin isə ölkə xaricində olduğu məlum olub.
Aidiyyəti orqanlar tərəfindən müvafiq araşdırmaların davam etdiyi bildirilib.
Lalə Salmanova
