Türkiyədə sosial şəbəkərlərdə zəlzələ ilə bağlı provakasiya xarakterli məlumatlar paylaşan 651 nəfər barəsində cinayət işi başlanılıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Kibercinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata görə, prokurorluq tərəfindən saxlanılan 157 nəfərdən 29-u barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyənlərin xoş niyyətindən sui-istifadə edərək dələduzluq edən 81 internet saytının bağlanması təmin edilib.
Lalə Salmanova
