Martın 10-da (qeyri-iş saatlarında) Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş Data mərkəzində yerləşdirilməsi ilə əlaqədar texniki işlər həyata keçiriləcək.
Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin müddət ərzində müvafiq informasiya resursunun fəaliyyətində qısamüddətli fasilələr istisna edilmir.
"Nəzərə alınması xahiş olunur", – deyə məlumatda qeyd olunub.
Lalə Salmanova
