"2023-cü ilin yanvar-fevral ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinə ümumilikdə 2515 müraciət daxil olub".
E-huquq.az xəbər verir ki, bunu şöbənin sədri İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, 1161 müraciət "Opentext" proqramı vasitəsilə, 1354 müraciət isə elektron formada daxil olub: "Opentext proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin iki ayı ilə müqayisədə 54 müraciət az təşkil edir".
Müraciətlər əsasən, təbii qaza görə yaranmış borcun araşdırılması, kənd və qasəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub", – deyə İ.Kərbalayev bildirib.
Eltac Nurullazadə
