Məzmuna keç

Türkiyə və Suriyaya yardım üçün beynəlxalq donorlar konfransı keçiriləcək

Martın 20-də Türkiyə və Suriyanın zəlzələ bölgəsinə yardım məqsədilə beynəlxalq donorlar konfransı keçiriləcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasından bildirilib.

Məlumata görə, Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı şəkildə keçiriləcək konfransa Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson ev sahibliyi edəcək.

"Aİ və üzv ölkələr Türkiyə və Suriyaya daha çox yardımın edilməsi ciddi öhdəlik götürmək niyyətindədir. Aİ digər beynəlxalq tərəfdaşları və qlobal donorları bu çətin zamanda Türkiyə və Suriyanın yanında olmağa çağırır", – deyə qurumun bəyanatında qeyd olunub.

Lalə Salmanova