Türkiyənin 18 şəhərində güclü yağış və fırtına olacağı gözlənilir.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsi hava şəraiti ilə bağlı bəzi şəhərlərdə “sarı”, digərlərində isə “narıncı” xəbərdarlıq edib.
Məlumata görə, Ankara, Bakıləsir, Canakkale, Mersin, Kırşehir, Manisa, Tokat, Aksaray, Amasya, Antalya, Buğdur, İsparta, İzmir, Konya, Adana, Kahramanmaraş, Yozqat, Osmaniyə şəhərlərində güclü yağış yağacaq, şimşək çaxacaq.
Bəzi yerlərdə yağış leysan xarakterli olacaq.
Lalə Salmanova
