Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Rusiya məhbus qadınları döyüşlərə cəlb edir”

"Müharibədə böyük itkilər verən Rusiya alternativ canlı qüvvə axtarır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

Məlumata görə, Rusiya Donetskdəki döyüşlərə məhbusları cəlb etməyə başlayıb.

“Ötən həftə məhbusların daşınması üçün ayrılmış qatarın Donetsk vilayətinə doğru hərəkəti müşahidə edilib. Vaqonlardan birində məhkum qadınlar olub", – deyə bildirilib.

Lalə Salmanova