Məzmuna keç

Ərdoğan Özgür Özəldən aldığı təzminatı zəlzələdən zərərçəkmişlərə bağışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin qrup başqanının müşaviri Özgür Özəldən aldğı təzminatı zəlzələdən zərərçəkmişlərə bağışlayıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

O, Özələ qarşı qaldırdıqları mənəvi təzminatla bağlı iddianın məhkəmə tərəfindən təmin olunduğunu bildirib.

Təzminat olaraq Ərdoğana ödənilən 20 min 500 lirənin zəlzələdən zərərçəkmişlərə xərclərnməsi üçün ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) verildiyini qeyd edib.

Lalə Salmanova