"Ruslar Beloqorovka yaxınlığında və Kremensk istiqamətində xeyli ehtiyat toplayıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib
"Məhz orada rus işğalçıları maksimum səylərini cəmləşdirib və demək olar ki, gecə-gündüz hücum edirlər", – deyə o bildirib.
Qayday əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bir neçə həftə ərzində hava şəraitinin yaxşılaşacağını gözləyir və bu istiqamətdə əks-hücum planlaşdırır.
Lalə Salmanova
