Rusiya Aerokosmik Qüvvələrinin (AQ) nəzarət vasitələri səhər saatlarında ABŞ-nin “MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
“Hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcıları Qara dəniz akvatoriyası üzərində hava məkanını pozanı müəyyən edilməsi üçün havaya qaldırılıb”, – MN vurğulayıb.
Bildirilib ki, Rusiya qırıcıları göyərtə silahlarından istifadə etməyib və Amerika dronu ilə təmasda olmayıb:
“Kəskin manevr nəticəsində amerika pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthinə çırpılıb”.
