Məzmuna keç

Kahramanmaraşda 4 bal gücündə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş şəhərinin Nurhak rayonunda 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az “Anadoluya”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) saytında məlumat verilib.

Zəlzələ Türkiyə vaxtı ilə saat 08:49-da baş verib. Zəlzələnin episentri 7,72 kilometr dərinlikdə qeydə alınıb.

Lalə Salmanova