Türkiyənin Şanlıurfa şəhərində leysan yağışları ciddi fəsadlara səbəb olub.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, başda Əyyubiyə və Haliliye rayonları olmaqla şəhərin bir çox küçə və prospektlərini su basıb.
Leysan yağışları nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Şəhər bələdiyyəsinin sədri Zeynel Abidin Beyazgül sosial media hesabında etdiyi paylaşımda leysan nəticəsində yaranan fəsadların aradan qaldırılması üçün işlərin davam etdiyini deyib.
Şanlıurfa valiliyi güclü yağışların davam edəcəyini bildirib və bu səbəbdən məktəblərdə dərslərin dayandırıldığını açıqlayıb.
Lalə Salmanova
