""Taxıl sazişi"nin 2 ay əvəzinə, 120 gün uzadılması üçün müzakirələri davam etdirik".
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, saziş çərçivəsində bu günə kimi 24 milyon tondan çox taxıl daşınıb: "Bu, həm regionda, həm də dünyada sülhə və sabitliyə ciddi töhfələr verib. Bunun davamı vacibdir. Bu mənada sazişin 2 ay yox, 120 gün uzadılması ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflər onları dəyərləndirəcək və qərarını verəcək. BMT də bizimlə eyni fikirdədir. Qısa müddətdə məsələnin müsbət həllinə nail olmağa çalışacağıq".
Qeyd edək ki, 2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ötən gün "Taxıl sazişi"nin sazişin müddətinin eyni şərtlərlə daha 2 ay uzadıldığını açıqlayıb.
Lalə Salmanova
