Rusiya ordusu son sutka ərzində Ukraynada 1040 hərbçi itirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, bununla da Rusiya Silahlı Qüvvələrinin Ukraynada canlı qüvvə itkilərinin sayı162 mini keçib.
Həmçinin son sutkada Rusiyanın 12 tankı və 11 zirehli döyüş maşını da məhv edilib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin müharibədəki digər döyüş itkiləri 3 504 tank, 6810 zirehli maşın, 2 145 operativ-taktiki PUA, 503 reaktiv yaylım atəşi sistemi, 2539 artilleriya sistemi, 265 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 289 helikopter, 5 394 avtomobil və tanker və 257 xüsusi texnikadan ibarətdir.
Lalə Salmanova
