Məzmuna keç

Ukrayna HHQ: “Ruslar hökumət binalarını hədəfə ala bilər”

"Rusiyanın Ukraynaya gələcəkdəki raket hücumlarının hədəfləri çox güman ki, hökumət binaları, Ukrayna Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin binaları olacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.

"Ruslar həmin obyektləri "qərar mərkəzləri" adlandırırlar", – deyə İqnat bildirib.

Onun sözlərinə görə, söhbət təkcə Kiyevdən deyil, digər şəhərlərdən də gedir: "Hökumət binaları təkcə paytaxtda deyil. Onlardan hər şeyi gözləmək olar. Nəqliyyat infrastrukturu, hidrotexniki qurğular və təmizləyici qurğular da vurula bilər. Düşmən enerji sektorumuza hücum cəhdlərindən əl çəkmir".

Lalə Salmanova