Məzmuna keç

Macarıstan Türkiyəyə 105 ton tibbi ləvazimat göndərib

Macarıstan Türkiyənin zəlzələ bölgəsinə 105 ton tibbi ləvazimat göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto məlumat verib.

O, zəlzələdən dərhal sonra yardımların Türkiyəyə çatdırılması üçün hərəkətə keçdiklərini deyib.

Macarıstanın bölgəyə 167 nəfərlik axtarış-xilasetmə qrupu və 29 xüsusi təlim keçmiş it göndərdiyini, xilasedicilərin dağıntılar altından 35 nəfəri xilas etdiyini bildirən Szijjarto, dost və qardaş ölkə Türkiyəyə yardımların davam etdiyini bildirib.

Lalə Salmanova