Məzmuna keç

16 yaşlı oğlan anasını və iki poisi güllələdikdən sonra intihar etdi

Kanadada 16 yaşlı oğlan anasını və iki poisi güllələdikdən sonra intihar edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Edmonton şəhərində baş verib.

Belə ki, günorta saatlarında bir qadının güllələnməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları qadını vurmaqda şübhəli bilinən oğlunun silahlı hücumuna məruz qalıb. Nəticədə iki polis – 35 yaşlı Travis Cordan və 30 yaşlı Brett Ryan hadisə yerində ölüb. Gənc oğlan daha sonra özünü vuraraq intihar edib.

Xəstəxanaya çatdırılan qadının vəziyyəti isə ağır-stabil olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Lalə Salmanova